“ENCOM Construction” tikinti şirkəti inzibati binaların, betonolit konstruksiyalar və dəmir konstruksiyalar, mikrotunel, mühəndis şəbəkələri və kommunikasiyaları sahəsindəki, mərkəzləşdirilmiş havalandırma və ventilyasiya sistemləri layihələri üzrə 11 il aktiv fəaliyyəti ərzində, peşəkar kadr və yüksək texniki tikinti və xüsusi texnika bazasına, habelə, Bakı və ətrafındakı şəhərlərdə üç ədəd istehsalat bazasına malik olan böyük tikinti trestinə çevrilmişdir. Qabaqcıl texnologiyalar və minimal müddət ərzindəmürəkkəb tikinti tapşırıqlarının effektiv mühəndis həlləri daima Şirkət rəhbərliyi üçün strateji prioritet olmuşdur.
“ENCOM Construction” şirkəti fəaliyyət sahəmizə daxil olan bütün növ tikinti işlərinin görülməsi üçün zəruri sertifikatlara və Şirkətin mülkiyyətinə 2 asfalt istehsalı zavodu və bir beton istehsalı zavodu daxildir. 3 zavoddan hər biri avrostandart tələblərinə cavab verən ən yeni alman və italyan avadanlıqları ilə təchiz olunub. “ENCOM Construction” Avropa istehsalı olan xüsusi texnikadan, yüksək keyfiyyətli qaynaq avadanlığından istifadə edir.. Şirkətin tikinti sahələrində və ofislərində tikinti sektorunda 7 ildən 35 ilədək iş təcrübəsinə malik olan onlarla peşəkar inşaatçı və mühəndis çalışır. “ENCOM Construction” xaricdə də zəngin iş təcrübəsinə malikdir (Ukrayna, Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan və Moldova).
Biz Azərbaycanda “Toshiba” Şirkətlərinin mərkəzləşdirilmiş havalandırma sistemlərinin satışı üzrə rəsmi dileriyik. Şirkətin balansında sonradan tikinti materiallarının istehsal edilməsi üçün istifadə olunan xammalın hasilatı üçün çoxlu sayda karxanalar mövcuddur. Gənclər arasında idmanın və döyüş sənətlərinin inkişaf etməsi həmçinin şirkətin prioritetlərindən biridir.
Keyfiyyətə nəzarət
İş zamanı ətraf mühitə vurulan zərərin azaldılması məqsədilə, istehsal başlamazdan öncə, hərəkətlər planı mövcuddur.
Plana ətraf mühitin mühafizəsi üzrə tədbirlər daxildir:
• Tullantıların minimal həddi
• Ekoloji tələbatların qarşılanması məqsədilə, avadanlığın vaxtında təmir edilməsi
• Yanacaq- sürtkü materiallarının nəql edilməsi və saxlanması
• İşlənmiş sürtkü materiallarının resirkulyasiyası
• Tikinti materiallarının saxlanması
• Material qalıqlarının istifadə edilməsi
• Utilizasiya mərkəzinə aparılması
• Su mənbələrinin çirklənməsinin qarşısının alınması
• Yanğınsöndürmə tədbirləri
• Yaşayış məntəqələrinin yanında səs məhdudiyyətləri
Sığorta Polisi
Tikinti sığortası zədələnmə, oğurlanma, yanğın və hava şəraitinin təsiri halında, bütün tikinti texnikasını və əmlakını
əhatə edir. Tikinti meydançasında işçilər üçün tibbi və məhkəmə xərclərini və sonradan işçilərə kompensasiya ödənişlərini
əhatə edən tam məsuliyyət müəyyən edilib. "ENCOM Construction" şirkətinin sığorta siyasəti, bir qayda olaraq, ölkədəki ən
böyük sığorta şirkətlərindən olan “Beynəlxalq Sığorta Şirkəti” ( İ İ C) ilə əməkdaşlığa əsaslanır.