Xidmətlər

Magistral yollarda qaz xəttinin çəkilməsi və yerdyişməsi

Mikrotunelləmə üsulu ilə yaşayış və istehsalat tikililərinin kommunal tələbatlarını təmin edən yeraltı kommunikasiyaların çəkilməsi həyata keçirilir (su kəməri, istilik təchizatı, qaz təchizatı, kanalizasiya və s.)

Elektrik kabel xətlərinin çəkilməsi üçün futlyarların tikintisi, aerodromların uçuş- enmə zolaqları, federal yolların yol zolaqları və dəmir yolu magistralları altında boru kəmərlərinin çəkilməsi, su hovuzlarının mərkəzində obyektlərə kommunikasiyaların çəkilməsi və s. Xəndəksiz kommunikasiya çəkmə üsulu olaraq, mikrotunelləmə, torpaq işlərinin həcminin əhəmiyyətli dərəcədə azaldılması sayəsində (cəmi iki çuxur tələb olunur - başlanğıc və qəbul çuxurları) və landşaftın bərpası üzrə xərclərin istisna edilməsi sayəsində, istehsalat xərclərini 2,5-3 dəfə azaltmağa imkan verir. Həmçinin, mikrotunelləmə üsulu ilə kommunikasiyaların çəkilməsinin daha az vaxt tələb etməsi böyük əhəmiyyətə malikdir, axı qazma kifayət qədər tez həyata keçirilir- sutkada 10-15 m. Bu zaman çöküntü süxurlar, demək olar ki, mövcud olmur (sutkada 10 mm-dən çox olmur). Sıxışdırılmış şəraitdə -su ilə zəngin torpaqlarda və ya dağ süxurlarında, habelə, tikinti, artıq çəkilmiş kommunikasiyaların, mədəni, ekoloji, sosial dəyərə malik obyektlərin mövcud olması şəraitində mikrotunelləmə yeganə həll olur.