Xidmətlər

Mərkəzləşdirilmiş havalandırma və ventilyasiya sistemləri

“ENCOM Construction” şirkəti “Тoshiba” və “Carrier” şirkətlərinin VRV, Çiller və s. mərkəzləşdirilmiş havalandırma sistemlərinin satışı üzrə rəsmi nümayəndəsidir.

“Havalandırma” anlayışının özünə aşağıda qeyd olunanların təmin olunmasına optimal şəraitin yaradılması üçün qapalı (“küçə” havasının təsirindən) otaqlarda havanın verilmiş temperatur parametrlərinin yaradılması və az- çox avtomatlaşdırılmış rejimdə qorunub saxlanması daxildir:

• insanların həyat fəaliyyətinin

• avadanlığın normal işləməsi üçün şəraitin

• materialların qorunub saxlanmasının

Kondisioner növlərinin və tiplərinin spektri genişdir. Müxtəlif kondisioner növlərini bir-birindən ayıran sərhədlər bəzən kifayət qədər şərti olsa da, buna baxmayaraq, onlar mövcuddur.

1. Sahəsi 80 m²-dən 300 m²-dək olan otaqların havalandırılması üçün yarımsənaye kondisionerləri istifadə olunur —PAC (Packaged Air Condition) sinfi. Bu havalandırma sistemlərinə, adətən, gücü 6 kVt-dan çox olan (bəzi təsnifçilərə görə - 8 kVt-dan çox olan) bütün kanal, kaset, döşəmə- tavan və divar tipli split- sistemlər adi edilir. Kondisionerlərin gücü yüksəkdirsə, bu o deməkdir ki, xarici bloku kifayət qədər böyük məsafəyə qoymaq imkanı mövcuddur; bir çox modellər (ştat qaydasında) həmçinin mənfi xarici temperaturlarda havalandırma üçün müdafiə qurğuları ilə təchiz olunub.

2. Böyük sahəsi olan otaqların (bina və ya bir sıra otaqların) bir havalandırma və ventilyasiya sistemi (HVS) köməyi ilə mərkəzləşdirilmiş şəkildə havalandırılması üçün sənaye kondisioner növlərindən istifadə edirlər (Unitary). Bu növlərə gücü 20-25 kVt-dan çox olan sistemlər aid edilir.