Xidmətlər

Qaz borusu və neft borusu xətlərinin tikintisi

Yeraltı mühəndis şəbəkələri müasir şəhərin mühəndis avadanlığının ən vacib elementidir və onun inkişaf və abadlıq

dərəcəsini səciyyələndirir. Yeni yaşayış rayonlarında tikililərin inşa edilməsi və köhnə mühəndis şəbəkələrinin köhnəlməsi ilə əlaqədar olaraq, hər bir şəhərin yeraltı kommunikasiyaları fasiləsiz inkişaf və yenidənqurma vəziyyətindədir. Yeraltı mühəndis şəbəkələrinə boru kəmərləri, kabellər və müxtəlif təyinatlı kollektorlar, binalara giriş və şaxələr aid edilir. Mühəndis şəbəkələrinin tikintisinə boru kəmərinin çəkilməsi dərinliyinin, onun diametrinin və uzunluğunun, tikinti müddətlərinin, tikinti meydançasının xüsusiyyətləri və ölçülərinin, yolların olub- olmadığının, ilin fəslindən, hidrogeoloji və iqlim şəraitinin nəzərə alınması ilə həyata keçirilən kommunikasiya çəkmə üsulunun seçilməsi daxildir. Tikinti üsulunun seçilməsinə boruların materialları da (dəmir beton, polad, çuqun, asbosement, plastik) böyük təsir göstərir, çünki boruların materialından onların birləşdirilməsi üsulları və texnoloji proseslərin ardıcıllığı asılıdır. Yeraltı mühəndis şəbəkələrinin çəkilməsi üzrə işlər şəhər küçəsi tikintisi üzrə vahid texnoloji sxemə əsasən həyata keçirilir. Yeraltı mühəndis şəbəkələrinin çəkilməsi, perspektiv tikinti planların nəzərə alınması ilə, yol işlərindən və abadlıq üzrə digər işlərdən əvvəl həyata keçirilməlidir. Hər bir şəbəkənin yolu həmin küçədə bütün yeraltı şəbəkələrin yerləşdirilməsi layihəsinə uyğun olaraq, şəhərin abadlaşdırılmasının və küçə və meydanların tikintisinin aydın şəkildə əlaqələndirilməsi ilə quraşdırılmalıdır. Hal-hazırda, yeraltı mühəndis şəbəkələrinin tikintisi zamanı həm ənənəvi açıq xəndək çəkilmə üsullarından, həm də müasir, daha texnoloji çəkilmə üsullarından istifadə edirlər. Açıq xəndək üsulu istifadə edildiyi zaman kabellərin və boru kəmərlərinin çəkilməsi müxtəlif xəndəklərdə tikililərin qoyulmasından ayrı ola bilər. Həmçinin, bir xəndəkdə və ümumi kollektorda bir neçə şəbəkələrin birləşdirilmiş şəkildə çəkilməsi tətbiq edilir.