Haqqımızda

section hero image

Şirkət Haqqında

“ENCOM Construction” tikinti şirkəti 2008-ci ildən başlayaraq Azərbaycan Respublikası və xaricdə infrastruktur layihələrin icrası ilə məşğul olur. Fəaliyyətinin əsas hissəsini 1-ci dərəcəli dövlət əhəmiyyətli layihələri təşkil edir. ENCOM şirkətinin iş sahələri və ofislərində inzibati işlərin və inşaatın icra olunması İSO EN və Azərbaycan Respublikasının tikinti norma qaydalarına uyğun olaraq icra edilir.

ENCOM Azərbaycan Respublikasında rabitə şəbəkəsinin tikintisi, qaz şəbəkəsinin tikintisi, su şəbəkələrinin tikintisində dünya praktikasında uğurlu görülmüş, yeni tikinti texnologiyalarını tətbiq edir. O günə qədər ölkənin infrastruktur layihələrində tətbiq olmayan avadanlıqları və inşaat texnologiyalarını Azərbaycana gətirir və onları öz layihələrində tətbiq edir. ENCOM şirkətinin inzibati idarə edilməsi və strukturu beynəlxalq standartlara uyğun olaraq qurulmuşdur. Şirkətimiz baş mühəndis, inşaat mühəndisləri, rabitə mühəndisləri, su inşaatı mühəndisləri, qaz inşaatı mühəndisləri, energetika mühəndisləri, qaynaq koordinatorları, qaynaqçılar və digər ustalar daxil olmaqla beynəlxalq standartlı sertifikatlar almışdırlar. ENCOM şirkəti idarə və mühəndis heyyətinin təlim-tədrisini daim nəzarət altında saxlayır və işçi heyyətinin sertifikatları periodik olaraq yenilənir.