
MİSSİYAMIZ
Təhlükəsiz, müasir standartlara cavab verən, yüksək keyfiyyətli tikinti layihələrinin layihələndirilməsi, tikintisi və başa çatdırılması; Sifarişçilər ilə razılaşdırılmış iş planı üzrə gecikmədən inşaat işlərini icra etmək. Bütün bunları həyata keçirərkən "ENCOM Construction"QSC -də çalışan işçilərin texniki təhsilini artırmaq, inkişaf etdirmək və iş karyeralarının inkişafına dəstək olmaqdır.

HƏDƏFİMİZ
Əsas hədəfimiz Azərbaycan Respublikasının İqtisadiyyatının böyüməsi və inkişafı məqsədilə icra ediləcək ölkə daxili və beynəlxalq infrastruktur layihələrinə daha böyük töhvə vermək, Azərbaycana dünyada tətbiq olunan ən yeni, müasir və səmərəli inşaat texnologiyalarını gətirmək və onları burada inkişaf etdirməkdir.